...

Əhali üç ayda elektrik mallarına və mebelə 650 milyona manata yaxın pul xərcləyib

İqtisadiyyat Materials 12 Aprel 2025 10:43 (UTC +04:00)
Əhali üç ayda elektrik mallarına və mebelə 650 milyona manata yaxın pul xərcləyib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçılara 643,7 milyon manat dəyərində elektrik malları və mebel satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 milyon manat və ya 5,2% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda istehlakçılara 611,8 milyon manat dəyərində elektrik malları və mebel satılmışdı.

Elektrik malları və mebel üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,5% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən, 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti