Bakı. Trend:
Bu ilin birinci rübündə qızıl, mis və gümüş hasilatı ilə məşğul olan və əsasən, Azərbaycana fokuslanan “Anglo Asian Mining” şirkəti ümumilikdə 6,029 unsiya qızıl istehsal edib.
Bu barədə Trend şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,763 unsiya və ya 2,7 dəfə artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə şirkət Azərbaycanda ümumilikdə 2,266 unsiya qızıl istehsal etmişdi.
Qeyd edək ki, şikrət birinci rübdə 8,085 unsiya qızıl ekvivalentində məhsul istehsal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,537 unsiya qızıl ekvivalentində məhsul və ya 3,2 dəfə çoxdur. 2024-cü ilin birinci rübündə şirkət ümumilikdə 2,548 unsiya qızıl ekvivalentində məhsul istehsal etmişdi. Ötən il istehsalda azalmanın səbəbi istehsalın qismən dayandırılması olub.