Bakı. Trend:
Yelo Bank 2025-ci ilin birinci rübündə sabit maliyyə nəticələri və
davamlı artım dinamikasını qoruyub saxlayıb. Dövrün sonunda Bank
11.2 mln manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 158 mln
manat artaraq 960 mln manatı ötüb. Bankın biznes strategiyasının
əsas sütunlarından biri olan real sektorun maliyyələşdirilməsi bu
rübdə də ön planda olub. Mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə ayrılan kreditlər üzrə portfel 605 mln manata çatıb
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18% artım
deməkdir.
Hesabat dövrünə istehlak kredit portfeli 355 mln təşkil edib. Bu da
əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22% artım deməkdir.
Rəqəmsal kanallar vasitəsilə həyata keçirilən müraciətlərin və
satışların payı önəmli dərəcədə artıb: istehlak portfeli üzrə
artımın 47%-i, satışların isə 76.2%-i rəqəmsal kanalların payına
düşür.
Əmanət portfeli isə 913 mln manatı keçib. Artımın əsas hissəsi
fiziki şəxslərin əmanətləri hesabına baş verib. Bu göstərici Banka
olan uzunmüddətli etibar və maliyyə partnyorluğunun
təzahürüdür.
Faiz gəlirləri də artaraq 40.8 mln manata çatıb.
Kapital mövqeyi də güclənməkdədir: hesabat dövrünə Bank-ın məcmu
kapitalı 159 mln manat təşkil edir və bu da requlyativ tələbdən 109
mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14%, birinci
dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10.77% olmaqla, hər iki
göstərici tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın
aktivlərinin həcmi 1 mlrd 260.8 mln təşkil edir.
Yelo Bank dayanıqlı inkişaf strategiyası və müştəriyönümlü
yanaşması ilə bazardakı mövqeyini daha da möhkəmləndirir.
Yelo Bank-dan pul
krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank birinci rübdə pozitiv artım dinamikası nümayiş etdirib
