Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20,7 milyard manat olub.
Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ifadədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.
Ölkə əhalisinin nominal gəlirləri hər nəfərə orta hesabla 2 022,6 manat olub.
Əhalinin sərəncamında qalan gəlirləri 18,1 milyard manat təşkil edib.