...

Hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2025 11:07 (UTC +04:00)
Hava nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin birinci rübündə hava nəqliyyatı ilə 865,3 min sərnişin daşınıb.

Trend-ə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyatı 6,6 faiz çox sərnişin daşınıb.

Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 4,5 faiz azalaraq 97,9 min ton olub.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 4,2 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 55,9 milyon ton yük daşınıb. Yüklərin 4,0 faizi dəniz, 7,7 faizi dəmir yolu, 0,2 faizi hava, 58,1 faizi avtomobil nəqliyyatı, 30,0 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,8 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil edib. 2025-ci ilin yanvar-mart aylarında nəqliyyatçılar 472,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti