Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 344,3 milyon manat olub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,2% çoxdur.
Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,2% artaraq 730,7 manat olub.
Hesabat dövründə muxtar respublikada 114,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,2% azdır.
Eyni zamanda, cari ilin ilk üç ayında muxtar respublikada əsas kapitala 43,1 milyon manat həcmində vəsait yönəldilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 42,3% artım deməkdir.
Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 29,8 milıyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2024-cü ilin ilk üç ayındakı göstəriciyə nisbətən 17,2% çoxdur.