...

Naxçıvanın xarici ticarət dövriyyəsi 10%-dən çox artıb

İqtisadiyyat Materials 16 Aprel 2025 12:46 (UTC +04:00)
Naxçıvanın xarici ticarət dövriyyəsi 10%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 27,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 10,2% çoxdur.

Hesabat dövründə muxtar respublikadan 2,6 milyon ABŞ dolları dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da ötən ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,5% çoxdur.

Eyni zamanda, cari ilin ilk üç ayında muxtar respublikaya 24,8 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu isə illik müqayisədə 11,2% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti