Bakı. Trend:
2025-ci ilin yanvar-mart aylarında vergi orqanlarına ümumilikdə 127 652 müraciət daxil olub.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, daxil olmuş müraciətlərdən 96 faizi ərizə, 3,9 faizi şikayət, 0,1 faizi təklif olub, 107 müraciətin icrası nəzarətə götürülüb.
Müraciətlərin 94,3 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 5,7 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 52,4 faizi barədə müvafiq izahat verilib, 46,3 faizi həll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 1 113 sayda faktiki şikayətlər, əsasən, kameral vergi yoxlaması, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozit hesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərlə bağlı olub.
2025-ci ilin birinci rübü ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 202, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 6 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.