Bakı. Trend:
"Zulu Shipping" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Şirkətin nizamnamə kapitalını nə üçün və nə qədər azaltdığı açıqlanmayıb.
Bildirilib ki, kreditorlar öz tələblərini AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Köndələn-10 küçəsi, 2036-cı məhəllə, ev 1B ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Zulu Shipping" MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 745 003 manat olan MMC-nin qanuni təmsilçisi Yaqubəliyev Nicat Şirzad oğludur.