Bakı. Trend:
Azərbaycan şirkətləri Sloveniyaya gəlsələr, ölkəmizdə onlara dövlət səviyyəsində müvafiq dəstək göstəriləcək.
Trend xəbər verir ki, bu sözləri Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitça Blaqanye bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.
"Hazırda Sloveniya şirkətləri mühəndislik, texnologiya, sənaye və digər sahələrdə yüksək nailiyyətlərinə görə dünyada kifayət qədər uğurlar əldə edib.
Aerokosmik, İT, tikinti kimi sahələrdə ölkəmiz özünü Avropa qovşağı kimi tanıdıb.
Biz xüsusən əczaçılıq və avtomobil sənayesində yğurlar əldə etmişik. Bu sahələrdə xarici ölkələrə əməkdaşlığımız vardır".