...

Sloveniyalı tərəfdaşlarımızı Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurmada iştiraka dəvət edirik - Nazir

İqtisadiyyat Materials 17 Aprel 2025 14:18 (UTC +04:00)
Sloveniyalı tərəfdaşlarımızı Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurmada iştiraka dəvət edirik - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sloveniyalı biznes tərəfdaşlarımızı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarına bərpa və yenidənqurma işlərində aktiv iştirak etməyə, investisiya layihələrini nəzərdən keçirməyə dəvət edirik.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.

"Azərbaycanla Sloveniya arasında hərtərəfli inkişafdan danışarkən, təbii ki, turizm sektorunun potensialından bəhs etməmək mümkün deyil.

Hər iki ölkənin zəngin mədəni irsi, füsunkar təbiəti və qədim abidələri bir ölkəni digəri üçün turizm məkanı kimi cəlb edir", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti