...

Azərbaycan öz mövqeyini gücləndirir - Tanya Fayon

İqtisadiyyat Materials 17 Aprel 2025 14:48 (UTC +04:00)
Azərbaycan öz mövqeyini gücləndirir - Tanya Fayon
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq sahədə əsas oyunçulardan biri kimi Azərbaycan öz mövqeyini gücləndirir.

Trend xəbər verir ki, bu sözləri Sloveniyanın xarici işlər naziri Tanya Fayon bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.

"Azərbaycan innovasiya, sənaye, ticarət qovşağı kimi özünü tanıdır. Baxmayaraq ki, Azərbaycan və Sloveniya coğrafi baxımdan qonşu deyillər, amma iqtisadi əməkdaşlığımızın şaxələndirilməsi bizim aramızda məsafəni yaxınlaşdırır.

Sloveniya açıq ixrac yönümlü iqtisadiyyata malikdir. Bizdə bir çox sənayelər - əczaçılıqdan avtomobil sənayesinə qədər təşəkkül tapıb", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti