...

Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin həcminə görə renkinqi

İqtisadiyyat Materials 18 Aprel 2025 10:14 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin həcminə görə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların öhdəliklərinin həcmi açıqlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, öhdəliklərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın öhdəliklərinin həcmi 12,207 milyard manat təşkil edib.

İkinci sırada 11,441 milyard manat öhdəlik ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 7,290 milyard manat öhdəliklər ilə "PAŞA Bank" qərarlaşıb.

Öhdəliklərinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın öhdəliklərinin həcmi 69,506 milyon manat təşkil edib.

Banklar Cəmi öhdəliklər (Min manat)
ABB 12 207 338,28
Kapital Bank 11 440 739,00
PAŞA Bank 7 290 259,00
Xalq Bank 2 524 969,06
Bank Respublika 2 038 490,21
AzərTürk Bank 1 845 340,00
Unibank 1 633 283,50
Access Bank 1 384 625,00
Yelo Bank 1 105 813,14
Rabitəbank 1 070 531,29
Ziraat Bank 771 307,59
Bank of Baku 842 025,49
Turan Bank 772 249,00
Azərbaycan Sənaye Bankı 673 169,07
Yapı Kredi Bank 447 410,90
Express Bank 468 113,00
Premium Bank 486 858,00
BTB Bank 314 962,00
AFB Bank 220 052,09
VTB Bank 243 826,00
Avrasiya Bank 109 905,54
Bank Melli İran 69 506,21
Məqalədə:
Xəbər lenti

Xəbər lenti