Bakı. Trend:
Cari ilin mart ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəətinin həcmi açıqlanıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, xalis mənfəətinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın xalis mənfəətinin həcmi 65,665 milyon manat təşkil edib.
İkinci sırada 54,886 milyon manat xalis mənfəət ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 44,017 milyon manat xalis mənfəət ilə "PAŞA Bank" qərarlaşıb.
Xalis mənfəətinin həcmi ən az olan bank isə "BTB Bank" olub. Bankın xalis mənfəətinin həcmi 814 min manat təşkil edib.
Banklar | Xalis mənfəət (Min manat) |
ABB | 65 664,54 |
Kapital Bank | 54 886,00 |
Pasha Bank | 44 017,00 |
Bank Respublika | 14 473,55 |
Xalq Bank | 11 857,88 |
Yelo Bank | 11 199,62 |
AccessBank | 10 049,00 |
Bank of Baku | 7 143,35 |
Rabita Bank | 4 657,00 |
AzərTürk Bank | 3 828,00 |
ZiraatBank | 3 572,20 |
VTB Bank | 3 306,00 |
UniBank | 2 800,00 |
Expressbank | 2 419,98 |
AFB Bank | 2 321,58 |
YapıkrediBank | 2 280,81 |
Avrasiya Bank | 1 976,91 |
Azərbaycan Sənaye Bankı | 1 739,94 |
Premium Bank | 1 582,00 |
Bank Melli İran | 1 529,33 |
Turan Bank | 1 216,00 |
BTB Bank | 814,00 |