Bakı. Trend:
Bu ilin 1-ci rübündə dövlət büdcəsinin funksional təsnifata uyğun olaraq kənd təsərrüfatı xərcləri 334,5 milyon manat olub.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 milyon manat və ya 2,2% azdır. Belə ki, ötən ilin birinci rübündə dövlət büdcəsinin kənd təsərrüfatı xərcləri 342 milyon manat idi.
Qeyd edək ki, bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9,733 milyard manat, xərcləri 8,115 milyard manat olub, 1,618 milyard manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Dövlət büdcəsinin gəlirləri 9,562 milyard manat proqnoza qarşı 9,733 milyard manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olub.
Dövlət büdcəsinin xərcləri 8,115 milyard manat məbləğində icra edilməklə illik dövlət büdcəsi xərclərinin 19,6 faizinə bərabər olub.