Bakı. Trend:
Bu ilin fevral ayının sonuna olan məlumatlara görə, Qarabağ iqtisadi rayonunda 3,646 min ədəd POS-terminal var.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,702 min ədəd və ya 87,6% artıb.
Belə ki, 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Qarabağ iqtisadi rayonundakı POS-terminalların sayı 1,944 min ədəd olub.
Cari ilin hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda 140 ədəd POS-terminal olub ki, bu da, illik müqayisədə 87 ədəd, yaxud da 2,6 dəfə çoxdur Ötən il bu say 53-ə bərabər olub.
Cari ilin hesabat dövründə Qarabağ iqtisadi rayonunda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 3,583 min ədəd, özünəxidmət terminallarının sayı 84 ədəd, bankomatların sayı isə 122 ədəd olub. Şərqi Zəngəzur iqtisadi rayonunda təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122 ədəd, özünəxidmət terminallarının sayı 4 ədəd, bankomatların sayı isə 15 ədəd təşkil edib.
Qeyd edək ki, fevralın sonuna Azərbaycanda 124,3 min ədəd POS-terminal var. POS-terminalların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,8 min ədəd və ya 37,4% çoxdur. 2024-cü ilin fevral ayının sonuna olan məlumatlara görə, Azərbaycandakı POS-terminalların sayı 90,5 min ədəd olub. Ölkədə təmassız ödənişləri qəbul edən POS-terminalların sayı 122,2 min ədəd, özünəxidmət terminallarının sayı 2,1 min ədəd, bankomatların sayı isə 3,4 min ədəd olub.