Bakı. Trend:
Aprel bütün dünyada "Autizm Maarifləndirmə Ayı" kimi qeyd
olunur. Korporativ sosial məsuliyyətli Bank kimi Yelo hər il aprel
ayında autizmin bir xəstəlik deyil, fərqlilik olduğu mövzusunda həm
əməkdaşlarını, həm də cəmiyyətimizi maarifləndirən təşəbbüslərə
imza atır. Bu dəfə Bank kollektivi Azərbaycanın ilk inklüziv kafesi
olan "Kashalata"nı ziyarət edib. Bu məkan autizmli və əlilliyi olan
gənclərin məşğullluğunu, cəmiyyətə inteqrasiyasını dəstəkləmək
məqsədilə açılıb. Belə gözəl missiyanın bir parçası olmaq üçün Yelo
Bank əməkdaşları kafedə bir araya gələrək buranın kollektivi,
interyeri və iş mühiti ilə yaxından tanış oldular.
Kafenin həmtəsisçisi, “Birgə və Sağlam” İctimai Birliyinin sədri
Aytən Eynalova əməkdaşları salamlayaraq, kafenin maraqlı, bir o
qədər də ilhamlandıran hekayəsini bölüşdü. Həmçinin, xüsusi diqqət
və xoş təşəbbüsə görə Yelo Bank kollektivinə təşəkkür etdi.
Yelo
Bank-ın korporativ sosial məsuliyyət təşəbbüsləri xüsusilə,
qadınların və uşaqların dəstəklənməsinə üstünlük verir. Bank bu
istiqamətdə talassemiyalı və autizmli uşaqlara yardım, könüllü qan
donorluğu aksiyaları, aztəminatlı ailələrə bayram sovqatlarının
aparılması və s. təşəbbüslər həyata keçirir. Gələcəkdə də bu cür
tədbirlər davam etdiriləcək.
Bank xidmətləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!