...

Azərbaycanda alkoqolsuz içkilərin istehsalı 8%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Aprel 2025 13:58 (UTC +04:00)
Azərbaycanda alkoqolsuz içkilərin istehsalı 8%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 9 milyon dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon dekalitr və ya 7,8% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda 8,4 milyon dekalitr alkoqolsuz içkilər istehsal edilmişdi.

Bu ilin aprelin 1-nə olan məlumata görə, alkoqolsuz içkilərin istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 528,9 min dekalitr təşkil edib.

Qeyd edək ki, 1 dekalitr 10 litrə bərabərdir. Bu ölçü vahidi əsasən mayelərin həcmini ifadə etmək üçün istifadə olunur.

Xəbər lenti

Xəbər lenti