...

Azərbaycanla Çin arasında investisiya tərəfdaşlığının inkişafı məsələləri müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 21 Aprel 2025 15:28 (UTC +04:00)
Azərbaycanla Çin arasında investisiya tərəfdaşlığının inkişafı məsələləri müzakirə edilib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici kapital departamentinin baş direktorunun müavini Vu Honlianq ilə görüşüb.

Bu barədə Trend-ə AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, tərəflər birgə işgüzar tədbirlərin keçirilməsi, ortaq maraqlara əsaslanan investisiya tərəfdaşlığının inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Konfransın Azərbaycan-Çin investisiya tərəfdaşlığının təşviqinin təmin olunması və inkişaf etdirilməsi baxımından vacib platforma kimi yüksək qiymətləndirib, gələcəkdə sözügedən mexanizmin reallaşdırılmasının davam etdirilməsinin önəmini vurğulayıblar.

Bildirilib ki, hər iki tərəfdən 200-dək şirkətin konfransa qatılması Çin və Azərbaycanın işgüzar dairələrinin birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına fəallığını və hazır olduğunu əyani şəkildə nümayiş etdirir.

Görüşdə AZPROMO və NDRC ilə konfrans çərçivəsində imzalanan Anlaşma Memorandumunun Çin şirkətlərinin ölkəmizdə investisiya fəaliyyətinə cəlb olunması prosesini asanlaşdıracağı və Çin kapitalının Azərbaycana axınının artımına müsbət təsir göstərəcəyi qeyd edilib.

Qeyd edək ki, aprel ayının 17-də AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və NDRC-nin birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı keçirilib. Tədbir çərçivəsində AZPROMO və NDRC-nin Beynəlxalq Əməkdaşlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti