...

"PAŞA Kapital" 2024-cü ildə gəlirini 42% artırıb

İqtisadiyyat Materials 21 Aprel 2025 17:35 (UTC +04:00)
"PAŞA Kapital" 2024-cü ildə gəlirini 42% artırıb

Bakı. Trend:

Fəaliyyətdə olduğu 2012-ci ildən etibarən ölkənin kapital bazarlarının inkişafına daim töhfə verən "PAŞA Kapital" İnvestisiya Şirkəti 2024-cü ili yüksək maliyyə nəticələri ilə yekunlaşdırıb.

Şirkətin 2024-cü il üzrə il üzrə açıqladığı maliyyə hesabatına əsasən, ötən illə müqayisədə əsas göstəriciləri aşağıdakı şəkildə öz əksini tapıb:

  • Gəlir: 11 milyon manat, 42% artım;
  • Məcmu kapital: 16 milyon manat, 19% artım;
  • Dövlət istiqrazları üzrə bazar payı: 53%, 8 milyard manat ticarət həcmi;
  • Korporativ istiqrazlar üzrə bazar payı: 32.5%, 1.3 milyard manat ticarət həcmi;
  • Anderraytinq: 559 milyon manat ilkin yerləşdirmə həcmi, 185% artım;
  • İnvestisiya qiymətli kağızlar üzrə portfel: 34 milyon manat, 30% artım.

Əlavə olaraq qeyd edək ki, "PAŞA Kapital" İnvestisiya Şirkətinin 2024-cü ildə aktivləri 64 milyon manat təşkil edib.

2023-cü illə müqayisədə şirkətin faiz gəlirləri 2,2 dəfə artaraq 4 milyon 544 min manat olub. Həmçinin qeyri-faiz gəlirlərində də 17,4% artım olaraq, ümumi məbləğ 6,7 milyon manat təşkil edib.

Uzun illərdir ki, bazardakı lider mövqeyini qoruyan "PAŞA Kapital" müştərilərinə aşağıdakı geniş çeşidli xidmət və məhsulları, innovativ həlləri təqdim edir:

  • Brokerlik;
  • Anderraytinq;
  • Marja Ticarəti;
  • Market Meykinq və Maliyyə Məsləhətləri;
  • Portfel İdarəçiliyi.

"PAŞA Kapital" ilə siz də müasir dövrün dəbi - investisiya dünyasına qoşularaq, yerli və qlobal maliyyə bazarlarında 3000-dən çox alət ilə ticarət edə bilərsiniz. Şirkətin xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti