...

"PowerChina Group"la bərpa olunan enerji sahəsində birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb (FOTO)

İqtisadiyyat Materials 21 Aprel 2025 18:38 (UTC +04:00)
"PowerChina Group"la bərpa olunan enerji sahəsində birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti