...

BVF 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in mülayim artımını proqnozlaşdırır

İqtisadiyyat Materials 22 Aprel 2025 18:21 (UTC +04:00)
BVF 2025-2026-cı illərdə Azərbaycanda ÜDM-in mülayim artımını proqnozlaşdırır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın iki ildə Azərbaycanın iqtisadi artımı mülayim olacaq.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozunda bildirilir.

Ölkənin real ÜDM-in 2025-ci ildə 3,5 faiz artacağı, 2026-cı ildə isə 2,5 faizə enəcəyi gözlənilir. Müqayisə üçün, 2024-cü ildə artım 4,1 faiz səviyyəsində qiymətləndirilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 2025-ci ilin birinci rübündə Azərbaycanda ÜDM 29,8 milyard manat (17,5 milyard dollar) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti