...

Mərkəzi Avrasiya peyk texnologiyalarının inkişafında hərəkətverici qüvvəyə çevrilir - MonacoSAT

İqtisadiyyat Materials 24 Aprel 2025 10:05 (UTC +04:00)
Mərkəzi Avrasiya peyk texnologiyalarının inkişafında hərəkətverici qüvvəyə çevrilir - MonacoSAT
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Avrasiya peyk texnologiyalarının inkişafında hərəkətverici qüvvəyə çevrilir.

Trend xəbər verir ki, bunu “MonacoSAT”ın prezidenti və icraçı direktoru İlhami Aygün bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) zamanı deyib.

"Peyk rabitəsi dövlətlərə öz mövqelərini möhkəmləndirməyə, rəqəmsal bərabərsizliyi aradan qaldırmağa və regionda sosial-iqtisadi inkişafı stimullaşdırmağa kömək edə bilər. Biz transformasiya dövründə yaşayırıq, kosmos artıq son sərhəd deyil, iqtisadi inkişafın, rəqəmsal infrastrukturun və geosiyasi təsirin tərkib hissəsinə çevrilir. Mərkəzi Avrasiya bu qlobal sistemin sadəcə iştirakçısı deyil, həm də hərəkətverici qüvvəsinə çevrilir – kritik infrastruktura sərmayə qoyur, dövlətlərarası və dövlət-özəl əməkdaşlığı təşviq edir", - o bildirib.

İ.Aygünün sözlərinə görə, bugünkü sessiya öz ölkələrinin kosmik gələcəyini formalaşdıran regional liderləri, agentlikləri və təşkilatları bir araya gətirəcək. Tədbirdə milli kosmik strategiyalar və investisiya prioritetləri, regional əməkdaşlıq və innovasiyaların rolu, bir-biri ilə əlaqəli dünyada kosmosun sosial-iqtisadi tərəqqiyə necə töhfə verə biləcəyi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti