...

Azərbaycanla birgə kosmik sahədə lider ölkələrə çevrilmək niyyətindəyik - TKA rəhbəri

İqtisadiyyat Materials 24 Aprel 2025 11:42 (UTC +04:00)
Azərbaycanla birgə kosmik sahədə lider ölkələrə çevrilmək niyyətindəyik - TKA rəhbəri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş ölkə Azərbaycanla birlikdə kosmik sahədə lider ölkələrə çevrilmək niyyətindəyik.

Bunu Trend-ə açıqlamasında Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç deyib.

O, kosmik sahədə texnologiyaların çox sürətli inkişaf etdiyini diqqətə çatdırıb: "Hazırda bir sıra inkişaf etmiş ölkələrin Ayda müstəqil tədqiqat hədəfləri vardır. Bütün bu hədəflərə nail olmaq üçün texnoloji həllər vacibdir. Bu xüsusda texnoloji sahədə maraq çox artmağa başlayıb. Hazırda Türkiyənin müstəqil kosmik hədəfləri vardır".

"Türkiyənin özünün kosmik limanından tutmuş, uçuş, kosmik uçuş raket sistemlərinə qədər çox ciddi proqramı mövcuddur.

Türkiyə özəlliklə bu sahədə dünyada 11-ci öz peykini qura bilən ölkədir. Bu sahədə daha da irəli getmək istəyirik", - deyə Y. Kıraç vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti