Bakı. Trend:
Biz təmsil etdiyim şirkət olaraq Azərbaycana və Azərbaycan ekosisteminə sərmayə qoymağa hazırıq.
Bunu Bakıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfrans (Space Technology Conference, STC2025) çərçivəsində Trend-ə açıqlamasında "4iG Kosmik və Müdafiə Texnologiyaları" şirkətinin CEO-su İstvan Şarhegi deyib.
O, "Azərkosmos" ilə sıx əməkdaşlıq etməyi planlaşdırdıqlarını bildirib: "Əslində, bu gün günortadan sonra biz şirkətlərimiz arasında imza atacağımızı elan edəcəyik. Əsasən "Yerin məsafədən müşahidəsi, "Kiçikölçülü peyklər" və digər layihələrlə bağlı əməkdaşlığı səbirsizliklə gözləyirik".
"Beləliklə, biz təmsil etdiyim şirkət olaraq Azərbaycana və Azərbaycan ekosisteminə sərmayə qoymağa hazırıq. Düzdür, hələ ilk növbədə maliyyəçiləri və məbləği müəyyənləşdirməmişik. Amma təbii ki, əgər biz yaxşı biznes işləri görsək, Azərbaycanda kosmik həllərə lazımi miqdarda pul yatırmağa hazırıq", - deyə İ. Şarhegi qeyd edib.