Bakı. Trend:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsi və strukturu təsdiq edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, cəmiyyətin nizamnamə kapitalı 2 460 000 000 (iki milyard dörd yüz altmış milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 20 (iyirmi) manat olan 123 000 000 (bir yüz iyirmi üç milyon) ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Cəmiyyətin strukturu aşağıdakı kimi olacaq:
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin aparatı.
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin idarə, nümayəndəlik və filialları.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin törəmə cəmiyyətləri:
- “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC
- “Cənub Elektrik Stansiyası” MMC
- “Şimal Elektrik Stansiyası” MMC
- “Bakı İstilik Elektrik Mərkəzi” MMC
- “Bakı Elektrik Stansiyası” MMC
- “Sumqayıt Elektrik Stansiyası” MMC
- “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC
- “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi” MMC
- “Səngəçal Elektrik Stansiyası” MMC
- “Şahdağ Elektrik Stansiyası” MMC
- “Füzuli Su Elektrik Stansiyası” MMC
- “Astara Elektrik Stansiyası” MMC
- “Şəki Elektrik Stansiyası” MMC
- “Xaçmaz Elektrik Stansiyası” MMC
- “Qobu Elektrik Stansiyası” MMC
- “Yaşıl Enerji Elektrik Stansiyaları” MMC
- “Abşeron Regional Elektrik Şəbəkəsi” MMC
- “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC
- “Gəncə Regional Elektrik Şəbəkəsi” MMC
- “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC
- “Şirvan Regional Elektrik Şəbəkəsi” MMC
- “İmişli Regional Elektrik Şəbəkəsi” MMC
- “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC
- “Qarabağ Regional Elektrik Şəbəkəsi” MMC
- “Qəbələ Regional Elektrik Şəbəkəsi” MMC
- “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC
- “Azərenerjikomplektləşdirmə” MMC
- “Enerjiservistəmirtikintisazlama” MMC
- “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” MMC
- “Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC
- “Global Power Trading” Elektrik Enerjisi Topdan Satış Anonim Şirkəti
- “Naxçıvan Enerji” MMC.