...

AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır

İqtisadiyyat Materials 24 Aprel 2025 15:19 (UTC +04:00)
AZAL iki populyar kurort şəhərinə uçuşlara başlayır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə həyata keçiriləcək: Monteneqronun Tivat şəhərinə — bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri.

AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti