...

Bir çox ticarət şəbəkələri artıq yerli məhsulların satışına üstünlük verir - Agentlik sədri

İqtisadiyyat Materials 24 Aprel 2025 16:28 (UTC +04:00)
Bir çox ticarət şəbəkələri artıq yerli məhsulların satışına üstünlük verir - Agentlik sədri
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Çox sevindirici haldır ki, bu gün biz ticarət şəbəkələrinin öz daxili siyasətlərində yeni yanaşmaların tətbiqini və sosial məsuliyyətin artmasını müşahidə edirik. Bir çox şəbəkələr artıq yerli məhsulların satışına üstünlük verir.

Trend xəbər verir ki, bu sözləri “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.

Onun sözlərinə görə, şəbəkələr kiçik və orta bizneslərlə (KOB) daha səmərəli əməkdaşlıq modelləri qurur, ekoloji və sosial məsuliyyət prinsiplərini rəhbər tutur

"Agentlik olaraq bizim məqsədimiz bu tendensiyaları dəstəkləmək, təşviq etmək və tənzimləmədə balanslı yanaşmanı qorumaqdır. Ticarət şəbəkələrinin dayanıqlı inkişafının təmin edilməsi, bununla paralel olaraq kiçik və orta sahibkarların və istehsalçıların maraqlarının qorunması qarşımızda duran əsas məsələlərdən biridir. Yalnız birgə səy və qarşılıqlı etimad əsasında buna nail ola bilərik", - deyə sədr qeyd edib.

Qeyd edək ki, ictimai müzakirə KOBİA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və media nümayənələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti