Milan. Trend
Özbəkistandan olan idarəçi 2025-2026-cı illər üzrə AİB İdarə heyəti şurasına sədr seçilib.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə AİB-in İtaliyadan olan idarəedicisi Fabio Panetta AİB idarə heyətinin biznes-sessiyasında çıxışında bildirib.
Gündəmin 8-ci bəndinə keçən zaman Komitə Özbəkistandan olan idarəçinin 2025-2026-cı illərdə İdarə heyəti Şurasının sədri seçilməsini məsləhət görüb, Norveç və Taylanddan olan idarəçilər isə sədrin müavinləri seçiliblər. Onlar cari illik iclasın sonundan etibarən İdarə heyəti Şurasının 59-cu illik iclasının sonuna kimi qeyd olunan vəzifəni tutacaqlar.
Qeyd edək ki, Özbəkistan 2026-cı ildə 59-cu illik iclasa ev sahibliyi edəcək.
Tədbirin gələn ilin 3-6 may tarixlərində keçirilməsi nəzərdə tutulur.
İdarə heyəti şurasının biznes-sessiyaları AİB illik iclaslarının əsas tədbirlərindən sayılır. Sessiyanın gedişində idarə heyəti qətnamələr qəbul edir, bankın maliyyə, inzibati və əməliyyat fəaliyyəti ilə bağlı sənədlər nəzərdən keçirilir və təsdiqlənir, həmçinin, qurumun gələcək fəaliyyəti üçün strateji istiqamətlər təsbit olunur.
Bundan savayı, sessiya çərçivəsində AİB prezidenti öncəki iclasdan etibarən əldə olunan irəliləyişlə bağlı hesabat verir, iştirakçılarla bank rəhbərliyinin əsas ismarıcları və təşəbbüslərini paylaşır.