...

Naxçıvanda vergi ödəyicilərinə verilən Asan İmza sertifikatının sayı məlum olub

İqtisadiyyat Materials 14 May 2025 12:36 (UTC +04:00)
Naxçıvanda vergi ödəyicilərinə verilən Asan İmza sertifikatının sayı məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.205 müraciət üzrə 2.111 Asan İmza sertifikatı verilib.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu dövrdə vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 17.146 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 23.804 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz çoxdur.

Ümumi xidmətlərin 93 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

Asanİmza sertifikatının verilməsi;

Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

Vergi ödəyicisinə arayışların verilməsi;

Vergi ödəyicisinin fəaliyyətinin bərpası;

Fiziki şəxsin uçotdan çıxarılması;

Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar-aprel aylarında vergi ödəyicilərinə 567.299 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 37 görüş keçirilib, 168 sayda ünvanlı xidmət göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti