...

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 14 May 2025 19:27 (UTC +04:00)
Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində əməkdaşlıq edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib.

"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdük.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik.

Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq", - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti