...

Dörd ayda BTC ilə 9 milyon tondan çox neft nəql edilib

İqtisadiyyat Materials 15 May 2025 13:21 (UTC +04:00)
Dörd ayda BTC ilə 9 milyon tondan çox neft nəql edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 9,315 milyon ton neft ötürülüb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin 292 min ton və ya 3% azdır. Belə ki, ötən ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 9,607 milyon ton neft ötürülmüşdü.

Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83%-ini və ya 7,732 milyon tonunu Azərbaycanda hasil edilən neft, 17%-ini və ya 1,583 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti