...

Qırğızıstanın dövlət müəssissəsinin direktoru akvakultura sahəsində Azərbaycanla əməkdaşlığın perspektivləri barədə danışıb (ÖZƏL)

İqtisadiyyat Materials 15 May 2025 15:34 (UTC +04:00)
Qırğızıstanın dövlət müəssissəsinin direktoru akvakultura sahəsində Azərbaycanla əməkdaşlığın perspektivləri barədə danışıb (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Qırğızıstan arasında akvakultura sahəsində əməkdaşlığın perspektivli istiqamətlərindən biri də nərə balıqlarının yetişdirilməsidir.

Bunu Trend-ə “Kırqızrıbxoz” (Кыргыз балык чарбасы) dövlət müəssisəsinin direktoru Edil Niyazov Bakıda keçirilən 2-ci Beynəlxalq Aqrar İnnovasiya forumu çərçivəsində bildirib.

“Azərbaycan və Qırğızıstan Mərkəzi Asiya və Qafqaz ölkələri üçün yaradılmış Balıqçılıq təsərrüfatı və Akvakultura Komissiyası çərçivəsində əməkdaşlıq edir. Hər iki ölkə bu komissiyanın üzvüdür. Bu təşəbbüs çərçivəsində mövcud təcrübə ilə intensiv mübadilə aparılır. Əsasən su bioresurslarının artırılması ilə bağlı məsələlər müzakirə olunur. Həm Azərbaycan, həm də Qırğızıstan eyni problemlərlə üz-üzədir — həm süni, həm də təbii su hövzələrinin balıqlandırılması, bioloji müxtəlifliyin və dayanıqlı balıq populyasiyalarının qorunması. Bu sahədə Azərbaycanın zəngin təcrübəsi və uğurlu yanaşmaları var. Biz də bu təcrübəni öyrənirik”, – deyə o bildirib.

Niyazov qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın digər perspektivli sahəsi akvakulturadır.

“Məsələn, bəzi balıq növlərinin yetişdirilməsi – elə növlər ki, bizdə yetişdirilmir, lakin Azərbaycanda bu sahə inkişaf edib. Söhbət nərə balıqlarının yetişdirilməsindən gedir. Nərə balıqlarının yetişdirilməsi bu gün akvakultura sahəsində əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Tarixən iş elə gətirib ki, bizdə nərə balıqları olmayıb. Buna görə də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək bizim üçün vacibdir”, – deyə o bildirib.

Niyazovun sözlərinə görə, əməkdaşlığın daha bir mümkün istiqaməti balıq xəstəliklərinin profilaktikasıdır.

“Bizdə iqlimi şərait fərqli olsa da, balıq xəstəlikləri eyni ola bilər. Ona görə, Azərbaycanda profilaktika necə aparılır, onun diaqnostikası necə aparılır, o xəstəliklər necə müalicə olunur – bu kimi məsələlər də bizim üçün önəmlidir”, -deyə o bildirib.

Niyazov onu da qeyd edib ki, Azərbaycan tərəfi maraq göstərərsə, Qırğızıstan ölkəyə yerli balıqların, xüsusilə də alabalığın (forel növü-red) tədarükünü həyata keçirə bilər.

“Əgər Azərbaycan bizə balıq yemi və ya nərə balıqları üzrə məhsullar, xüsusən də balıq kürüsü və ya balıq tingi təklif edə bilərsə, biz həm dövlət, həm də özəl şirkətlərlə əməkdaşlığa hazırıq”, – deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti