Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12,916 milyard kub metr əmtəəlik qaz istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 174 milyon kub metr və ya 1,4% çoxdur. Keçən ilin yanvar-aprel aylarında Azərbaycanda 12,742 milyard kub metr əmtəəlik qaz istehsal olunmuşdu.
Bəhs olunan dövrdə ölkədə istehsal olunan qazın ümumi həcmi 16,566 milyard kub metr olub.
Qeyd edək ki, cari ilin ilk 4 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalıb.
Məlumat üçün bildirək ki, əmtəəlik əvvəlcə kommersiya məqsədi daşımayan bir məhsulun bazar qaydalarına uyğun olaraq mal və ya xidmətə çevrilməsi prosesidir.