...

Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların I Forumu keçirilir (FOTO)

İqtisadiyyat Materials 16 May 2025 10:43 (UTC +04:00)
Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların I Forumu keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların I Forumu start götürüb.

Trend xəbər verir ki, forum sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") sonuncu günü çərçivəsində keçirilir.

Forumda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, eləcə də müxtəlif şirkətlərin nümayəndələri iştirak edirlər.

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov forumda çıxış edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi süni intellekt texnologiyaları ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlığa başlayıb.

O bildirib ki, dəyişən, sürətlə inkişaf edən dünyada rəqəmsallaşma, süni intellektin tətbiqi proseslərin sürətli aparılması baxımından çox vacibdir:

"Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də ciddi işlər görülür. Süni intellekt proqnozların verilməsi, xüsusilə də bitki mühafizəsi sahəsində çox böyük əhəmiyyət kəsb edir. Zərərvericilərə qarşı mübarizdə və onların əvvəlcədən proqnozlaşdırılmasında bu texnologiyaların böyük təsirləri vardır".

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti