...

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketində neftin qiymət tavanını aşağı salmağı planlaşdırır - Ursula fon der Lyayen

İqtisadiyyat Materials 16 May 2025 14:00 (UTC +04:00)
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketində neftin qiymət tavanını aşağı salmağı planlaşdırır - Ursula fon der Lyayen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tirana. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketində neftin qiymət tavanını aşağı salmağı planlaşdırır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Biz “Nord Stream 1” və “Nord Stream 2”ə qarşı ölçüləri, “Kölgə donanmasından” olan gəmi siyahısının genişləndirilməsi, neftin qiymət tavanının endirilməsi, eləcə də Rusiyanın maliyyə sektoruna qarşı əlavə maliyyə sanksiyalarını nəzərdə tutan yeni sanksiyalar paketi üzərində işləyirik.

Biz sülh istəyirik, amma prezident Putin kursu dəyişməyənə qədər təzyiqi gücləndirməliyik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti