...

Azərbaycanda bentonit istehsalı 72%-dən çox artıb

İqtisadiyyat Materials 17 May 2025 14:48 (UTC +04:00)
Azərbaycanda bentonit istehsalı 72%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 84,9 min ton bentonit istehsal olunub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 min ton və ya 72,2% çoxdur.

Cari ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 166,8 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-aprel ayları ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 13,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti