Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti sahəsində əsas kapitala 1,185 milyard manat investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 93 milyon manat və ya 8,5% çoxdur.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə tikinti sahəsində əsas kapitala 1,092 milyard investisiya yönəldilmişdi.
Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 23,4%-ə bərabər olub.