Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 1,132 milyard manat investisiya yönəldilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 435,5 milyon manat və ya 27,8% azdır.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 22,4%-ə bərabər olub.
Hesabat dövründə ölkədə yalnız nəqliyyat sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 1,130 milyard manata bərabər olub ki, bu da 2024-cü ilin ilk dörd ayındakı göstəriciyə nisbətən 437,7 milyon manat və ya 27,9% azalma deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında əsas kapitala 5,069 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 22,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,3% artıb.