Bakı. Trend:
“Azəri-Çıraq-Dərinsulu Günəşli”də sərbəst təbii qaz hasilatı quyusunun qazma işləri başa çatıb. Bundan sonra sahənin mütəxəssisləri tərəfindən bitirmə işləri aparılacaq.
Trend xəbər verir ki, bunu “bp-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu bir xeyli müddət aparacaq: "Paralel olaraq biz o quyudan hasil olunacaq qazın "Mərkəzi Azəri" platformasına və oradan da 28 düyümlük sualtı qaz ixrac boru kəməri ilə Səngəçal terminalına ötürülməsi işləri üzərində tədbirlərimizi davam etdiririk. Bu, mövcud qaz ixracı sisteminə birləşdirilməlidir. Bunları da həyata keçirmək üçün çoxlu yeni avadanlıqlar sərf olunacaq. Yəni bu işlərin hamısı paralel aparılır".
"Artıq bütün işlər tamamladıqdan sonra quyunun ağzı açılacaq və oradan hasil olunacaq qaz "Səngəçal" terminalına ötürüləcək. Bu ilin axırınadək sözügedən işlərin işlərin tamamlanması planlaşdırılır", - deyə T.Bayatlı qeyd edib.