...

Gənclərin işə yararlılığının artırılması üçün yeni işləri yaradacaq ekosistemlər qurmaq vacibdir - IsDB vitse-prezidenti

İqtisadiyyat Materials 19 May 2025 15:20 (UTC +04:00)
Gənclərin işə yararlılığının artırılması üçün yeni işləri yaradacaq ekosistemlər qurmaq vacibdir - IsDB vitse-prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Gənclərin işə yararlılığının artırılması üçün yeni iş yerləri yaradacaq ekosistemlər qurmaq vacibdir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) əməliyyatlar üzrə vitse-prezidenti Rami Əhməd İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda çıxışı zamanı deyib.

“Biz arzuladığımız gələcəyi sakitcə hərəkət etməklə qurmaq mümkün olmayacaq. Müasir çağırışlar sektorlararası yanaşma və gənclərin mərkəzləşmiş liderliyini tələb edir. Məhz gənclər lider mövqeləri tutmalıdırlar – sadəcə iştirakçı kimi yox, öz gələcəklərinə yön verəcək qərarların həmmüəllifi kimi.

“Mən karyerama illər əvvəl İslam İnkişaf Bankında gənc mütəxəssis kimi başladım və institutların inklüzivliyə şüurlu yanaşdığı zaman hansı nəticələrə nail olmağın mümkün olduğunu şəxsi təcrübəmdə gördüm. Gənclərə inam təkcə siyasət deyil, həm də praktikada həyata keçirilən prinsipdir”, – o bildirib.

Bugünkü panel müzakirələrini açan bank vitse-prezidenti üç vacib sual ətrafında düşünməyə çağırıb.

“Birincisi: struktur dəyişiklərini qabaqcadan nəzərə alaraq, sadəcə yaranan təlatümlərə cavab verməyən, qabaqlayıcı məşğulluq ekosistemlərini necə qura bilərik? Elə ekosistemlər ki, iş yerlərini təkcə məşğulluq üçün deyil, gənclərin əmək bazarında çevik uyğunlaşmasını təmin edən məşğulluq qabiliyyətini yüksəltmək üçün yaratsın. Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci hədəfinə uyğun olaraq, mövsümi və ya aşağıödənişli, davamlı olmayan işlərdən deyil, düzgün və sabit məşğulluqdan danışmalıyıq. Məhz belə ekosistemləri formalaşdırmalıyıq.

İkincisi: gənclərin yalnız dövlət siyasətindən faydalanan tərəf deyil, eyni zamanda, gələcəklərini müəyyən edən inkişaf yollarının həmmüəllifi olmaları üçün nə tələb olunur?

Üçüncüsü: gələcəyə hazırlıq üçün lazım olan alətlər və imkanların ədalətli bölgüsünü hansı şəkildə həyata keçirək ki, onlar yalnız az bir qisim üçün – zəngin ölkələr və ya ölkələrin zəngin rayonlarında yaşayanlar üçün imtiyaz olmasın, bizim təşkilatın bütün üzv dövlətlərinin bütün gəncləri üçün bir əsas olsun?", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti