...

İslam İnkişaf Bankı çərçivəsində gənclərin bu gün üzləşdiyi ümumi problemlərin birgə həlli yollarını tapmaq vacibdir - Əlcəzairli nazir

İqtisadiyyat Materials 19 May 2025 15:29 (UTC +04:00)
İslam İnkişaf Bankı çərçivəsində gənclərin bu gün üzləşdiyi ümumi problemlərin birgə həlli yollarını tapmaq vacibdir - Əlcəzairli nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankı (IsDB) çərçivəsində gənclərin bu gün üzləşdiyi ümumi problemlərin birgə həlli yollarını tapmaq vacibdir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzairin gənclər naziri Mustafa Hidaoul İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən 13-cü Gənclərin İnkişaf Forumunda çıxışı zamanı deyib.

“Bu forum bizim, əlcəzairlilər üçün, eləcə də, dünyanın bütün gəncləri üçün ilhamverici bir tarixə – 19 may gününə təsadüf edir. Məhz bu gün əlcəzairli tələbələr milli-azadlıq inqilabına qoşularaq enerjiləri, yaradıcılıqları və milli işin ədalətinə inanmaları sayəsində müstəqillik uğrunda mübarizəyə böyük töhfə verdilər və nəticədə ölkə müstəmləkəçilik zülmündən qurtuldu.

Əlcəzairin azadlığı uğrunda savaşan gənclərin qəlbini dolduran eyni iradə və ruh bu günün nəsli üçün də səciyyəvidir. Müasir Əlcəzair gəncliyi yeni imkanlara malikdir. 2019-cu il xalq hərəkatından sonra biz ölkənin inkişafında cəmiyyətin ən enerjili təbəqəsi – gənclərin fəal roluna əsaslanan yeni kursun şahidi olmuşuq”, – nazir deyib.

Onun sözlərinə görə, Əlcəzair Prezidentinin rəhbərlik etdiyi ali siyasi rəhbərliyin təşəbbüsü ilə Əlcəzairdə gənclərin təkcə qərar qəbuletmə prosesinə cəlb olunması deyil, dövlət siyasətinin formalaşdırılmasında da əsas rol oynaması üçün mühüm islahatlar həyata keçirilib.

“Bu, siyasi müdriklik nümunəsidir. Çünki həqiqi inkişafa can atan heç bir cəmiyyət, heç bir millət gəncliyə arxalanmadan məqsədinə çata bilməz. Əlcəzairdə gənclərə qərar qəbulunda iştirak və iqtisadi sahədə özünüreallaşdırma imkanı verən əlverişli siyasi mühit yaradılıb. Geniş iqtisadi və texniki tədbirlər nəticəsində gənclərin ölkənin iqtisadi həyatında daha fəal iştirakını təmin edən yeni, inkişaf etmiş ekosistem formalaşıb”, – deyə o vurğulayıb.

Nazi bu tədbirin burada təmsil olunan islam dünyasının müxtəlif ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi, müxtəlif müsəlman ölkələrində reallaşdırılmış uğurlu təcrübə və hekayələrlə mübadilə üçün bir imkan olacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti