...

Qazaxıstan Mərkəzi Asiyada islam aktivlərinin artımının əsas hərəkət verici qüvvəsinə çevriləcək

İqtisadiyyat Materials 20 May 2025 13:40 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Qazaxıstanın Mərkəzi Asiyada islam aktivlərinin artımının əsas hərəkət verici qüvvəsinə çevriləcəyi gözlənilir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun (LSEG) birgə hesabatında qeyd olunur.

Hesabat Əlcəzairdə keçirilən İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində təqdim olunub.

“2023-cü ildə ümumi həcmi 699 milyon ABŞ dolları olan İslam maliyyələşməsinin aktivləri qlobal maliyyə aktivlərinin cəmi 0,01%-ni təşkil etdiyi halda, Mərkəzi Asiya ölkələrinin bu sahəyə töhfəsi hələ də cüzi olaraq qalır. Bu isə region əhalisinin 85%-ni müsəlmanların təşkil etməsinə rəğmən belədir.”

Hesabatda vurğulanır ki, Mərkəzi Asiyanın hər bir ölkəsində müxtəlif sektorlar İslam maliyyə sənayesinin inkişafına öz töhfəsini verir:

“Nizamlayıcı-hüquqi baza nöqteyi-nəzərindən region hələ də inkişaf etmiş İslam maliyyə bazarları ilə müqayisədə erkən mərhələdədir. Mərkəzi Asiya ölkələri arasında İslam maliyyələşdirməsi üçün tənzimləyici və qanunverici baza yaratmaqda ən çox irəliləyiş əldə edən ölkələr Qazaxıstan və Qırğız Respublikasıdır”.

Ümumilikdə, müəlliflər vurğulayırlar ki, İslam maliyyələşməsi Mərkəzi Asiya üçün inklüziv inkişafı, maliyyə sabitliyini və dayanıqlılığı təşviq etmək baxımından unikal imkan yaradır. Mövcud çağırışların aradan qaldırılması isə əlaqələndirilmiş səylər və innovativ həllərin tətbiqini tələb edir.

“Strateji üstünlüklərindən istifadə etməklə region İslam maliyyələşməsi üzrə qlobal xəritədə mühüm mövqe tuta bilər.

Proqnozlara görə, regionda İslam maliyyə sənayesinin artımı davam edəcək: 2033-cü ilə qədər sukuk aktivlərinin həcmi 5,6 milyard ABŞ dollarına, İslam banklarının aktivləri isə 6,3 milyard ABŞ dollarına çata bilər.

Mərkəzi Asiyanın beş ölkəsinin hər birində demoqrafik vəziyyəti, iqtisadi artımı və bank sektorunun ölçüsünü nəzərə aldıqda, bu artımın əsas hərəkətverici qüvvəsinin Qazaxıstan olacağı, onun ardınca isə Özbəkistan və Türkmənistanın gələcəyi gözlənilir.

Bu proqnozlar region hökumətlərinin İslam maliyyələşməsinin inkişafı üçün əlverişli şərait yaratmaqda — uyğun normativ rejimlərin tətbiqi və dəstəkləyici infrastrukturun digər elementlərinin formalaşdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəkləri fərziyyəsinə əsaslanır. Bu gözləntilər digər inkişaf etməkdə olan İslam maliyyə bazarlarının təcrübəsi ilə də üst-üstə düşür”, - hesabatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti