...

İslam maliyyələşməsinin qlobal səviyyədə genişləndirilməsi üçün möhkəm hüquqi ekosistemə ehtiyac var - Mühəmməd Əl-Cəssir

İqtisadiyyat Materials 20 May 2025 14:28 (UTC +04:00)
İslam maliyyələşməsinin qlobal səviyyədə genişləndirilməsi üçün möhkəm hüquqi ekosistemə ehtiyac var - Mühəmməd Əl-Cəssir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam maliyyələşməsinin qlobal səviyyədə genişlənməsi yalnız möhkəm hüquqi, tənzimləyici və institusional eko-sistemin mövcud olduğu şəraitdə dayanıqlı ola bilər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Mühəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankının “İslam maliyyələşməsində rəqəmsal keçid və maliyyə inklüziyası” şüarı altında Əlcəzairdə keçirilən İslam Maliyyələşməsi üzrə 19-cu Qlobal Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Tədbir İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində təşkil olunacaq.

“Müasir, sürətlə dəyişən dünyada rəqəmsal infrastruktur artıq seçim deyil – bu bir zərurətə çevrilib. Uzaq kəndlərdə mobil bankçılıqdan tutmuş süni intellektə və normativ uyğunluğa qədər texnologiyalar maliyyənin gələcəyini yenidən müəyyənləşdirir. Amma bu, bizi əsas bir sualla üz-üzə qoyur: bu keçid gözləntiləri doğruldacaqmı? İslam İnkişaf Bankı Qrupunda biz inanırıq ki, əxlaqa, məhsuldarlığa və sosial ədalətə əsaslanan islam maliyyəsi bu prosesin hərəkətverici qüvvəsi olmalıdır. Məqsədimiz yalnız institutlarımızı rəqəmsallaşdırmaq deyil, həm də onları insan ləyaqətini uca tutan və həqiqi iqtisadi inkişafa zəmin yaradan şəriət prizmasından yenidən düşünməkdir”, – deyə o qeyd edib.

Əl-Cəssir bildirib ki, islam maliyyəsinin qlobal miqyasda davamlı şəkildə genişlənməsi yalnız etimada, hesabatlılığa və ictimai rifaha sadiqliyə əsaslanan güclü hüquqi, tənzimləyici və institusional mühit mövcud olduqda mümkündür.

“İslam maliyyəsinin rəqəmsal iqtisadiyyata inteqrasiyası böyük imkanlar açır – şəriətə uyğun tədarük zəncirlərindən və ödəniş keçidlərindən tutmuş bulud texnologiyası əsasında mikromaliyyə xidmətlərinə və süni intellektə əsaslanan kreditləşmə alətlərinə qədər. Bu innovasiyalar, xüsusilə diqqətdən kənarda qalan əhali təbəqələri üçün maliyyə inklüzivliyinin yeni üfüqlərini aça bilər.

Lakin bu potensialın gerçəkləşməsi üçün biz güclü təməl formalaşdırmalıyıq – təhlükəsiz və etibarlı rəqəmsal infrastruktur qurmalı, səmərəli idarəetmə sistemləri yaratmalı və müdrikliklə, uzaqgörənliklə tənzimləyə biləcək institutlar formalaşdırmalıyıq”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti