Bakı. Trend:
“PAŞA Bank” müştəri təcrübəsinin davamlı təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər çərçivəsində “Miles&Smiles Mastercard Black” kartı üzrə yeni güzəştli kampaniyaya start verir.
20 may – 20 iyun 2025-ci il tarixlərində keçirilən kampaniyaya qoşulan yeni müştərilər “Miles&Smiles Mastercard Black” kartını 50% endirimlə əldə etmək imkanı qazanacaqlar. Kart aktivləşdirildiyi andan etibarən bütün aşağıdakı və digər imtiyazlar əlavə tələblər olmadan dərhal müştərinin istifadəsinə təqdim olunur – hər hansı gözləmə müddəti və ya dövriyyə şərti tətbiq edilmir.
“Miles&Smiles Mastercard Black” kart sahiblərinə aşağıdakı xidmətlər təqdim olunur:
- Fast track xidməti: Kart sahibləri və onların bir qonağı üçün hər il 4 dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanında sürətli keçid imkanı;
- Premium lounge imkanı: Kart sahibləri və onların bir qonağı üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının premium səyahət zonalarına ildə 4 dəfə pulsuz giriş hüququ;
- VIP transfer xidməti: Kart sahibləri və onların ailə üzvləri (maksimum 4 sərnişin) üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına və geri istiqamətdə ildə 4 dəfə premium nəqliyyatla ödənişsiz transfer xidməti;
- Duty free keşbek: Beynəlxalq səfərlər zamanı duty free mağazalarında 50 avrodan artıq alış-verişlərə 5% keşbek imkanı;
- Restoranda keşbek: Yerli restoranlarda 100 AZN və daha yüksək məbləğdə edilən ödənişlərə görə 5% keşbek və digər üstünlüklər.
“Miles&Smiles Mastercard Black” kartını sifariş etmək üçün linkə keçid edə bilərsiniz: https://pshb.az/miles