...

Xəzər dənizi üzərindən fiber-optik kabelin çəkilməsi Qazaxıstan və Azərbaycan arasında rəqəmsal rabitəni yaxşılaşdıracaq - Tokayev

İqtisadiyyat Materials 21 May 2025 14:22 (UTC +04:00)
Xəzər dənizi üzərindən fiber-optik kabelin çəkilməsi Qazaxıstan və Azərbaycan arasında rəqəmsal rabitəni yaxşılaşdıracaq - Tokayev
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Bu il Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən fiber-optik kabelin çəkilməsi üzrə birgə layihəyə başlayıb ki, bu da iki ölkə arasında rəqəmsal rabitəni əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı bildirib.

"Bu layihə ölkələrimiz arasında rəqəmsal kommunikasiyaları əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və regional inteqrasiyanın gücləndirilməsi istiqamətində strateji addım olacaq", - o qeyd edib.

Onun sözlərinə görə, bu cür təşəbbüslər Avrasiya qitəsi boyunca təhlükəsiz məlumat mübadiləsini təmin edəcək yeni rəqəmsal dəhlizin yaradılması üçün imkanlar açır.

Xəbər lenti

Xəbər lenti