Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanın ticarət dövriyyəsinin 8,133 milyard ABŞ dollarını və ya 48,1%-ni ölkəyə idxal olunmuş mal təşkil edib. İdxalın həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 2,668 milyard ABŞ dolları və ya 48,8% artım qeyri-monetar qızılın həcmi ilə bağlıdır.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 2,527 milyard ABŞ dolları təşkil edib. Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5,606 milyard ABŞ dolları təşkil etməklə 8,4% artıb. Xarici ticarətdə 3,179 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artıb.