...

Xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı depozitə yerləşdirilib

İqtisadiyyat Materials 21 May 2025 17:46 (UTC +04:00)
Xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı depozitə yerləşdirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti