...

Azərbaycan OPEC Fondu ilə infrastruktur layihələrində birgə fəaliyyəti müzakirə edib

İqtisadiyyat Materials 22 May 2025 10:59 (UTC +04:00)
Azərbaycan OPEC Fondu ilə infrastruktur layihələrində birgə fəaliyyəti müzakirə edib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə OPEC Fondu arasında infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanları müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşməkdən məmnun olduq. Dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə etdik. İnfrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndirdik", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti