...

Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaldıb

İqtisadiyyat Materials 22 May 2025 15:25 (UTC +04:00)
Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycana Rusiyadan 21,7 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin idxalına çəkilən xərc 679,2 min ABŞ dolları olub.

Rusiyadan elektrik enerjisi alışı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 1,6 milyon kVt/saat və ya 6,9% azalıb, dəyər ifadəsi ilə 12,1 min ABŞ dolları, yaxud da 1,8% artıb.

Belə ki, 2024-cü ilin birinci rübündə Rusiyadan Azərbaycana 23,3 milyon kVt/saat həcmində, 667,1 min ABŞ dolları dəyərində elektrik enerjisi alınmışdı.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycana Rusiya, Gürcüstan və İrandan 933 min ABŞ dolları dəyərində 30 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti